Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, əhalinin sosial problemlərinin öyrənilməsi və həlli məqsədilə inzibati ərazi dairələri üzrə nümayəndələri və yerli bələdiyyələrlə növbəti iclas keçirildi

12 sentyabr 2025 | 11:33

Goranboy rayon İcra Hakimiyyətində, İcra Başçısının, İcra Başçısı Aparatının aidiyyəti məsul şəxslərinin, Qaradağlı, Xoylu, Düzqışlaq və Hazırəhmədli  bələdiyyə   sədrlərinin və qeyd olunan bələdiyyələrin əhatə olunduğu inzibati ərazi dairələri üzrə nümayəndələrin birgə iştirakı ilə təşkil olunan dəyirmi masada, əhalinin sosial problemlərinin və yaşayış məntəqələrində həlli vacib məsələlərin öyrənilməsi, ərazilərdə əsaslı abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsi, bələdiyyələrin giriş lövhələrinin müasir üslubda qurulması, qanunsuz torpaq əkininin, istifadəsinin və qanunsuz tikinti işlərinin qarşısının alınması, bununla bağlı qanuna müvafiq tədbirlərin görülməsi və bu məqsədlə, yerli bələdiyyələrlə əlaqəli işin təkmilləşdirilməsi və genişləndirirlməsi məsələləri müzakirə olundu. İcra Başçısı, bu istiqamətlərdə bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi məqsədilə müvafiq tövsiyələrini verdi.

Keçidlər