Goranboyda əhali arasında sosial xidmətlər barədə məlumatlılığın artırılması və sosial xidmətlərin göstərilməsində ünvanlılığın təmin edilməsi istiqamətində maarifləndirici tədbir keçirildi
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.3-cü bəndinin icrası məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əhali arasında sosial xidmətlər barədə məlumatlılığın artırılması və sosial xidmətlərin göstərilməsində ünvanlılığın təmin edilməsi istiqamətində maarifləndirici tədbir keçirildi. Tədbir çərçivəsində Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əhali ilə maarifləndirici söhbətlər aparılmış, vətəndaşlara mövcud sosial xidmətlərin növləri, onlardan yararlanma qaydaları və sosial xidmətlərdən ehtiyacı olan şəxslərin düzgün istiqamətləndirilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilərək əhalinin sosial xidmətlər haqqında məlumatlılığının artırılması, xüsusilə həssas əhali qruplarının müvafiq xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə maarifləndirici bukletlər paylanıldı.








