Goranboyda Ədliyyə işçilərinin peşə bayramı qeyd edildi
Goranboy rayonunda, rayon İcra Hakimiyyətinin başçısının birinci müavini və rayonda fəaliyyət göstərən ədliyyə işçilərinin birgə iştirakı ilə Ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirildi. Tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Tədbirdə çıxış edən İcra Başçısının birinci müavini Seymur Nazarov Azərbaycan Ədliyyə sisteminin yaradılması tarixindən, Ümummillim Lider tərəfindən bu sahədə aparılan əsaslı islahatlardan və cənab Prezident İlham Əliyevin Ədliyyə strukturunun müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu addımlarından söhbət açdı.
Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur.