Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Ədliyyə işçilərinin peşə bayramı qeyd edildi.

22 noyabr 2022 | 15:39

Goranboy rayonunda,  rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev,  rayonun digər rəhbər şəxsləri və Ədliyyə işçilərinin iştirakı ilə  Ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirildi. Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbirdə çıxış edən İcra Başçısı Azərbaycan Ədliyyə sisteminin yaradılması tarixindən , Ümummillim Lider tərəfindən bu sahədə aparılan əsaslı islahatlardan və cənab Prezident İlham Əliyevin Ədliyyə strukturunun müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu addımlarından söhbət açdı.

Ədliyyə işçilərinin peşə bayramlarını təbrik edən  Məhərrəm Quliyev  peşə fəaliyyətlərində fərqlənən  şəxsləri rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları ilə təltif etdi.

Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Ədliyyə fəaliyyətinin dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkili, müasir texnologiyaların və idarəçilik metodlarının tətbiqi, yeni nəsil hüquqşünasların formalaşdırılması üzrə genişmiqyaslı tədbirlər görülmüş, ədliyyə və məhkəmə infrastrukturunun möhkəmləndirilməsi, əhaliyə hüquqi xidmətin yaxşılaşdırılması, elektron idarəetmə və sənəd dövriyyəsinin təşkili üzrə ardıcıl işlər həyata keçirilmişdir. Mütərəqqi ədliyyə və məhkəmə islahatlarının həyata keçirilməsində Azərbaycan Prezidentinin göstərdiyi siyasi iradə, islahatlara verdiyi müstəsna əhəmiyyət və dəstək hər bir ədliyyə işçisini, üzərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirməyə səfərbər edir.

Keçidlər