Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirildi.

23 noyabr 2023 | 13:05

Goranboy rayonunda Ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədar keçirilən  tədbirdə  rayon İcra Hakimiyyəti başçısının birinci müavini,  rayonun digər rəhbər şəxsləri və Ədliyyə işçiləri iştirak etdilər. Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Tədbirdə çıxış edənlər,  Azərbaycan Ədliyyə sisteminin yaradılması tarixindən, Ümummilli Lider tərəfindən bu sahədə aparılan əsaslı islahatlardan və cənab Prezident İlham Əliyevin Ədliyyə strukturunun müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu addımlarından söhbət açdılar.

Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Ədliyyə fəaliyyətinin dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkili, müasir texnologiyaların və idarəçilik metodlarının tətbiqi, yeni nəsil hüquqşünasların formalaşdırılması üzrə genişmiqyaslı tədbirlər görülmüş, ədliyyə və məhkəmə infrastrukturunun möhkəmləndirilməsi, əhaliyə hüquqi xidmətin yaxşılaşdırılması, elektron idarəetmə və sənəd dövriyyəsinin təşkili üzrə ardıcıl işlər həyata keçirilmişdir. Mütərəqqi ədliyyə və məhkəmə islahatlarının həyata keçirilməsində Azərbaycan Prezidentinin göstərdiyi siyasi iradə, islahatlara verdiyi müstəsna əhəmiyyət və dəstək hər bir ədliyyə işçisini, üzərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirməyə səfərbər edir.

 

Keçidlər