Goranboyda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vətəndaşları qəbul etdi.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev ilə birgə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsi ehtiramla yad etdilər
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirmişdir.
Daha sonra rayon İcra Hakmiyyətinin inzibati binasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və digə məsul şəxslər ilə birlikdə Goranboy və Dəliməmmədli şəhərlərinin Baş planlarının icra vəziyyəti, şəhər ərazilərinin genişləndirilməsi və inkişafı ilə bağlı aktual mövzular, növbəti addımlar ətrafında geniş fikir mübadiləsi aparılıb, şəhərsalma fəaliyyətinin təşkili və bu sahədə dövlət nəzarəti məsələləri ilə bağlı çağırışlar müzakirə olunmuşdur.