Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Dövlət Proqramının icrası ət və süd məhsullarının istehsalının artırılması mövzusunda Şadılı kəndində maarifləndirici görüş keçirildi

03 noyabr 2026 | 12:05

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Goranboy rayonunun Şadılı kəndində fermer və sahibkarlarla ət və süd məhsullarının istehsalının artırılması mövzusunda maarifləndirici görüş keçirildi. Görüşdə heyvandarlıq təsərrüfatlarında məhsuldarlığın yüksəldilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, müasir təsərrüfatçılıq metodlarının tətbiqi, yem bazasının möhkəmləndirilməsi, baytarlıq xidmətlərinin təşkili və istehsal olunan məhsulların keyfiyyətinin artırılması istiqamətində ətraflı müzakirələr aparıldı. Bununla yanaşı, ət və süd məhsullarının istehsal həcminin artırılması, emal müəssisələri ilə fermerlər arasında əməkdaşlığın genişləndirilməsi, məhsulların satış imkanlarının yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin təşviqi və kənd yerlərində yeni məşğulluq imkanlarının yaradılması məsələlərinə xüsusi diqqət yetirildi.

Keçidlər