Goranboyda Dövlət Proqramının icrası çərçivəsində müasir suvarma sistemlərinin tətbiqinin və artırılmasının təşviqi istiqamətində maarifləndirici tədbir keçirildi
13 avqust 2026 | 14:21
Goranboy Rayon İcra Hakimiyyətinin, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin və rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin məsul əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Goranboy rayonunun Veyisli kəndində müasir suvarma sistemlərinin tətbiqinin və artırılmasının təşviqi mövzusunda maarifləndirici görüş keçirildi.
Görüşdə müasir suvarma sistemlərinin kənd təsərrüfatı istehsalında əhəmiyyəti, su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin azaldılması və məhsuldarlığın artırılması istiqamətində tətbiq olunan müasir texnologiyalar barədə fermer və sahibkarlara ətraflı məlumat verildi
Daha sonra kənd sakini Həsənov Adəm Lətif oğluna məxsus təsərrüfata baxış keçirilərək mövcud suvarma sistemi və kənd təsərrüfatı istehsalının təşkili ilə bağlı mövcud vəziyyət ilə tanış olaraq, bu istiqamətdə görülə biləcək işlər barədə müzakirələr aparıldı.








