Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Dövlət Proqramının icrası çərçivəsində müasir suvarma sistemlərinin tətbiqi mövzusunda maarifləndirici görüş keçirildi

05 sentyabr 2026 | 10:05

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Goranboy rayonunun Hazırəhmədli kəndində müasir suvarma sistemlərinin tətbiqi mövzusunda maarifləndirici görüş keçirildi. Görüşdə müasir suvarma sistemlərinin kənd təsərrüfatı istehsalında əhəmiyyəti, su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin azaldılması və məhsuldarlığın artırılması istiqamətində tətbiq olunan müasir texnologiyalar barədə fermer və sahibkarlara ətraflı məlumat verildi. Daha sonra Həsənov Nadir Sadiq oğluna məxsus bağçılıq təsərrüfatına baxış keçirilib, mövcud suvarma sisteminin təşkili ilə bağlı mövcud vəziyyət ilə tanış olaraq, bu istiqamətdə görülə biləcək işlər barədə müzakirələr aparıldı.

Keçidlər