Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Dövlət Proqramının icrası çərçivəsində heyvandarlıq sahəsində maarifləndirici tədbir keçirildi

06 avqust 2026 | 23:08

Goranboy Rayon İcra Hakimiyyətinin, DAİM-in və Goranboy Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin məsul əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Goranboy rayonunun Goranlı kəndində cins iribuynuzlu heyvanların ümumi sürüdə payının artırılması mövzusunda maarifləndirici görüş keçirildi.
Görüşdə fermerlərə cins heyvanların saxlanılmasının üstünlükləri, məhsuldarlığın artırılması, seleksiya işinin əhəmiyyəti və dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verildi. Daha sonra Goranlı kənd sakini Əhmədov Nemət Əhməd oğluna məxsus heyvandarlıq təsərrüfatına baxış keçirilərək təsərrüfatda saxlanılan iribuynuzlu heyvanların mövcud vəziyyəti ilə tanış olunub, cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlığın artırılması və heyvanlara düzgün qulluq qaydaları ilə bağlı müvafiq tövsiyələr verildi.

Keçidlər