Goranboyda Dövlət Proqramının icrası çərçivəsində balıqçılıq sahəsinin genişləndirilməsi istiqamətində maarifləndirici tədbir keçirildi
Goranboy Rayon İcra Hakimiyyətinin, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin, rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin məsul əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Goranboy rayonunun Nadirkənd kəndində balıqçılıq sahəsinin genişləndirilməsi mövzusunda maarifləndirici görüş keçirildi. Görüşdə balıqçılıq təsərrüfatlarının yaradılması və genişləndirilməsi, mövcud su hövzələrindən səmərəli istifadə imkanları, dövlət dəstəyi mexanizmləri və bu sahənin inkişaf perspektivləri barədə iştirakçılara ətraflı məlumat verildi Daha sonra Qaradağlı kənd sakini Məmmədov Qoşqar Musa oğluna məxsus, 5,6 hektar sahəni əhatə edən balıqçılıq gölünə baxış keçirilərək təsərrüfatın mövcud vəziyyəti ilə tanış olunub, balıqçılıq fəaliyyətinin genişləndirilməsi və istehsalın artırılması istiqamətində müvafiq tövsiyələr verildi.








