Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Dövlət Proqramından irəli gələn vəzifələrin uğurla icrası diqqət mərkəzindədir

24 sentyabr 2026 | 15:34

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun dayanıqlı və innovasiya əsaslı inkişafı, istehsal potensialının artırılması və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində mühüm hədəflər müəyyən edir. Dövlət Proqramının əsas prioritetləri sırasında kənd təsərrüfatında intensiv və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar dəyər zəncirinin inkişaf etdirilməsi, emal və logistika imkanlarının artırılması, yerli istehsal və ixrac potensialının gücləndirilməsi xüsusi yer tutur. Müəyyən edilmiş hədəflərin regionlarda icrasının təmin edilməsi, həyata keçirilən layihələrin vəziyyətinin yerində öyrənilməsi və görülən işlərin qiymətləndirilməsi məqsədilə Goranboy rayonunda aqrar təsərrüfatlarda monitorinq tədbirləri davam etdirilir. Növbəti monitorinq çərçivəsində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə və rayonda yaradılmış Qərargahın üzvləri tərəfindən Həmidov Şəhriyar Rauf oğluna məxsus pambıq sahəsinə baxış keçirildi. Baxış zamanı təsərrüfatın mövcud istehsal imkanları, tətbiq olunan aqrotexniki tədbirlər, məhsuldarlığın artırılması istiqamətində görülən işlər və növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verildi. Monitorinq zamanı təsərrüfatın genişləndirilməsi ilə bağlı layihə də nəzərdən keçirildi. Layihəyə əsasən, mövcud əkin sahəsinin əlavə 26 hektar artırılaraq ümumilikdə 75 hektara çatdırılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində məhsuldarlığın 55 sentnerə, ümumi məhsul istehsalının isə 210,7 tondan 412,5 tona çatdırılması hədəflənir. Müvafiq layihənin reallaşdırılması məqsədilə əlavə 26 hektar torpaq sahəsinin əldə olunması istiqamətində danışıqların aparıldığı bildirildi. Həmçinin istehsal prosesində müasir aqrar yanaşmaların tətbiqinin genişləndirilməsi, resurslardan səmərəli istifadə və məhsuldarlığın yüksəldilməsi ilə bağlı məsələlər müzakirə olundu. Qeyd edildi ki, pambıqçılığın inkişaf etdirilməsi Goranboy rayonunun aqrar potensialından səmərəli istifadə olunmasına, əkin sahələrinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına və kənd təsərrüfatı istehsalının yüksəldilməsinə töhfə verə bilər. Monitorinq zamanı layihənin icrası ilə bağlı qarşıya qoyulan hədəflər, mövcud imkanlar və növbəti mərhələdə görüləcək işlər diqqətə çatdırıldı, aidiyyəti məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulandı. Goranboy rayonunda aqrar layihələrin icrasının yerində öyrənilməsi, istehsal imkanlarının genişləndirilməsi və müasir texnologiyaların tətbiqinin təşviqi istiqamətində monitorinq tədbirləri bundan sonra da davam etdiriləcək.

Keçidlər