Goranboyda Dövlət İmtahan Mərkəzi tərəfindən təlimlər keçirildi.
20 sentyabr 2024 | 11:26
“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı” nın 3.2-ci bəndinin icrası ilə bağlı Goranboy rayon İcra Hakimiyyətində və rayon ərazisində fəaliyyət göstərən digər dövlət orqanlarında çalışan dövlət qulluqçularının iştirakı ilə 17-18 sentyabr 2024-cü il tarixlərində Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili”, "İş yerində rifahın təmin olunması, tükənmə və streslə mübarizə" mövzularında Dövlət İmtahan Mərkəzi tərəfindən təlimlər keçirildi.