Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin hesabat iclası keçirildi.

04 aprel 2024 | 15:26

Goranboyda, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin hesabat iclası keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının baş mütəxəssisi Valeh Nağıyev, Həmkarlar İttifaqı rayon Komitəsinin sədri Fizuli Almuradov və həmkarlar təşkilatının fəal üzvləri, YAP rayon təşkilatının sədri Samir Qocayev və bir qrup ictimai fəallar iştirak etdilər. İclas iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini və rayon mərkəzində Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət etdilər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasının akt zalında davam etdirildi. Hesabat iclasında, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin 2017-2024-cü illər hesabat məruzəsi dinlənildi, Komitənin ötən dövr ərzindəki fəaliyyəti qənaətbəxş hesab edildi və Fizuli Almuradov növbəti hesabat dövrü üçün yenidən sədr seçildi.

Keçidlər