Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda cüdo idman növü üzrə rayon birinciliyi keçirildi.

19 avqust 2024 | 09:23

Goranboy Olimpiya İdman Kompleksində Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı,  Goranboy Olimpiya İdman Kompleksinin və Goranboy Uşaq Gənclər İdman məktəbinin dəstəyi ilə kiçik yaşlı yeniyetmə oğlan və qızlar arasında cüdo idman növü üzrə rayon birinciliyi  keçirildi. Birincilikdə Goranboy Uşaq Gənclər İdman Məktəbinin üç bölməsindən 115 (100 oğlan, 15 qız) idmançı iştirak etdi. Birinciliyin sonunda hər çəki dərəcəsində  I, II, III yerləri tutmuş idmançılar diplom və medallarla təltif edildilər.

Keçidlər