Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Cüdo idman növü üzrə Beynəlxalq turnir keçirildi.

08 aprel 2024 | 12:50

Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun, Azərbaycan Cüdo Federasiyası və Goranboy Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə  06-07 aprel 2024-cü il tarixlərində Goranboy Olimpiya İdman Kompleksinin cüdo arenasında Beynəlxalq turnir keçirildi. Turnirdə Azərbaycan, Almaniya, Sloveniya və Qazaxstan komandalarından 600-ə yaxın cüdoçu müxtəlif çəki dərəcələri üzrə iştirak edərək öz güclərini sınadılar. Tədbirdə Goranboy RİH başçısının birinci müavini Seymur Nazarov, Milli Məclisin deputatı Anar Məmmədov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov və digər fəxri qonaqlar iştirak etdilər. Tədbirin sonunda hər çəki dərəcəsi üzrə I, II, III yerləri tutmuş idmançılar təşkilat komitəsinin diplom və medalları ilə mükafatlandırıldı.

Keçidlər