Goranboyda Cudo Federasiyasının təşkilatçılığı ilə cüdo idman növü üzrə təlim məşq toplantısı start götürdü.
04 sentyabr 2023 | 12:19
Goranboy rayon Olimpiya İdman Kompleksində, Cudo Federasiyasının təşkilatçılığı ilə regionları təmsil edən 80 idmançının iştirakı ilə 10 gun davam edəcək təlim məşq toplantısı 02 sentyabrdan start götürmüşdür. Təlim məşq toplantısının açılış mərasimində Goranboy RİH-nin məsul əməkdaşları, Cüdo Federasiyasının nümayəndələri və Olimpiya İdman Kompleksinin rəhbərliyi iştirak etdilər. Federasiyanın məşqçi müəllimlərinin də iştirak etdiyi yarış 10 sentyabra kimi davam etdiriləcək.