Goranboyda COVİD-19 virusuna qarşı vaksinasiya davam etdirilir.
06 sentyabr 2021 | 16:00
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Goranboyda da vaksinasiya davam etdirilir. Bildiririk ki, bu günə kimi 74539 doza peyvənd istifadə olunub.
Vaksinasiya rayon Mərkəzi Xəstəxanası, Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə və Xan Qərvənd kənd xəstəxanalarında aparılmaqla yanaşı, qrafik üzrə yaşayış məntəqələrində 12 səyyar qrup olaraq da həyata keçirilir.
Əziz və qəhrəman goranboylular, ailəmizi, cəmiyyətimizi və vətənimizi bu virusdan xilas etmək üçün vaksinasiya prosesində aktiv iştirak edək !