Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda çiyid səpini başa çatıb.

18 may 2019 | 16:00

Bu mövsüm Goranboyda 3100 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 721 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, sahələrə üzvi gübrələr verilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. Səpin aparılan sahələrin 1300 hektarı “MKT” MMC-yə, 1200 hektarı “Azərpambıq” MMC-yə, 600 hektarı “Goran-Cotton” MMC-yə, məxsusdur.Hazırda 3100 hektar pambıq tarlasından 2746 hektarda çıxış alınmışdır.Qeyd edək ki, bu il Goranboyda 6200 tondan çox pambıq istehsalı nəzərdə tutulub.

Keçidlər