Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial reinteqrasiyası və məşğulluğu mövzusunda tədbir keçirdi

12 iyun 2026 | 14:34
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamının 8.5.1, 8.5.2 və 8.5.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Goranboy rayon xidmət şöbəsinin və rayon ərazisində fəaliyyət göstərən digər idarə, müəssisə və təşkilatların əməkdaşlarının və sahibkarların iştirakçılığı ilə tədbir keçirildi. Tədbirdə çıxış edənlər cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxsin normal həyata qayıtması, ailəsinə və cəmiyyətə faydalı vətəndaş kimi inteqrasiya olunmasının ilk növbədə onun məşğulluq imkanlarından asılı olduğu, işlə təmin olunan şəxsin maddi ehtiyaclarını qanuni yollarla ödədiyi, sosial münasibətlərini bərpa etmək imkanının yarandığı və təkrar hüquqazidd davranışlara meyl etmə ehtimalının azalmasının mümkün olduğu tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
Eyni zamanda Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun 1.1.22-ci və 24.9-cu maddələrinə əsasən cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər siyahısına daxil olduğu və özünüməşğulluğun təşkili zamanı cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verildiyinin qeyd edildiyi tədbir iştirakçılarına izah edilmişdir. Mövzu ətrafında fikir mübadiləsi aparılan zaman yerli məşğulluq mərkəzləri vasitəsilə boş iş yerləri barədə məlumatların verilməsi, peşəyönümü xidmətlərinin göstərilməsi, əmək yarmarkalarının təşkili və işəgötürənlərlə əlaqələrin qurulması istiqamətində işlərin aparılması tövsiyə edildi.
Həmçinin cəzaçəkmə müəssisəsindən azad edilmiş, işlə təmin edilmiş şəxslərin uğurlu iş təcrübəsinin sosial şəbəkə və internet platformalarında işıqlandırılmasının, bu sahədə işəgötürənlərin müsbət təcrübələri ilə bağlı məlumatların paylaşılmasının bu sahədə müsbət irəliləyişlərə səbəb olacağı barədə müzakirələr aparıldı.
Keçidlər