Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Çempion ailələr” layihəsi çərçivəsində tədbir keçirildi

08 iyul 2024 | 15:12

Goranboy rayon Heydər Əliyev Mərkəzində Goranboy rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Çempion ailələr” layihəsi çərçivəsində tədbir keçirildi. Layihənin məqsədi əhali arasında sağlam həyat tərzinin geniş təbliği, ailələrdə sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması və asudə vaxtın səmərəli təşkilidir. Layihədə iştirak edən ailələr diplom və hədiyyələrlə mükafatlandırıldı.

Keçidlər