Goranboyda “Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası" mövzusunda təlim keçirildi
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçularının peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə regionlarda təlimlərin keçirilməsi davam etdirilir. 26 avqust 2026-cı il tarixində Goranboy rayon İcra Hakimiyyətində və rayon ərazisində fəaliyyət göstərən digər dövlət orqanlarında çalışan dövlət qulluqçularının iştirakı ilə Goranboy rayon Heydər Əliyev mərkəzində “Cəmiyyətə xidmət psixologiyası:Dövlət qulluqçusunun daxili motivasiyası" mövzusunda Dövlət İmtahan Mərkəzi tərəfindən təlim keçirildi.








