Goranboyda cari məhsul ilində 1.9 ton barama tədarük edilib
19 iyun 2025 | 12:28
"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” Goranboy rayonunda da uğurla icra olunur. Cari məhsul ilində rayonda baramaçılıqla məşğul olan kümçülərə paylanılan ipəkqurdundan 1.9 ton barama tədarük olunaraq, aidiyyəti üzrə qəbul məntəqəsinə təhvil verilib.








