Goranboyda cari məhsul ili üçün 4,4 ton barama istehsalı gözlənilir.
28 iyun 2024 | 14:56
Goranboy rayonunda "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur, Cari ildə rayonda kümçülərə paylanmış 110 qutu ipəkqurdu toxumundan 28.06.2024-cü il tarixə - 4,2 ton məhsul qəbul məntəqəsinə təhvil verilmiş və hazırda tədarük davam etdirilir. Ümumilikdə, cari məhsul ilində 4,4 ton barama istehsalı gözlənilir.