Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda bu il tütün istehsalında yüksək nəticə əldə olunub.

13 noyabr 2023 | 17:04

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Şəfəq kəndində tütünün tədarükü ilə yerində tanış oldu. Bildiririk ki, Goranboy rayonunda cari təsərrüfat ilində, Zeyvə -2 ha, Şəfəq, Qaraçinar, Yenikənd və Qarqucaq  kəndlərinin hər birində-1,5 ha olmaqla, ümumilikdə 8 hektar sahədə tütün bitkisi becərilmişdir. Cari ildə,  ümumilikdə: 17 ton məhsul fərdi qaydada aidiyyəti üzrə qəbul məntəqəsinə təhvil verilmişdir. Bu isə, ötən illə müqayisədə 5 ton yüksək nəticədir.

Keçidlər