Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda bu gecə başlayan yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artmışdır

09 sentyabr 2023 | 12:42

Goranboyda, 08.09.2023-cü il tarixində axşam saatlarından başlayan yağış nəticəsində yaranan sel suları rayonun Qarqucaq, Qazançı, Goranlı, Borsunlu, Qazanbulaq və Gürzallar yaşayış məntəqələrində fərdi təsərrüfatlara dolmuş, Gürzallar kəndinə gedən avtomobil yolunda hərəkət dayanmış və 37 yaşayış məntəqəsinin (12487 abonent) elektrik enerjisi ilə təchizatında fasilə yaranmışdır. RİH yanında Fövqəladə Hallar Komissiyası selin qismən fəsad törətdiyi ərazilərdə,hazırda monitorinqlər aparır, lazımi texnikaları cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətlərində əməli tədbirlər həyata keçirilir.

Keçidlər