Goranboyda «Beynəlxalq ailə günü» ilə bağlı, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrinə səfərlər təşkil edildi
15 may «Beynəlxalq ailə günü» ilə bağlı Övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqin aparılması məqsədi ilə Goranboy şəhəri, Dəliməmmədli şəhəri və Goranlı kəndi ərazilərində aidiyyəti ailələrə səfərlər təşkil olundu. Monitorinq səfərlərində Goranboy rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya üzvləri, Goranboy Gənclər Evinin əməkdaşları, məktəb psixoloqları iştirak etdilər. Monitorinq zamanı ailələrdə övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların təlim tərbiyəsi, təhsil almaları ilə bağlı müvafiq söhbətlər aparılmış, müvcud məişət şəraitinin uyğunluğuna baxış keçirilmişdir.