Goranboyda “Bərabərlik hüququ və ayrıseçkiliyə qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirildi.
09 iyun 2023 | 09:53
Goranboy rayon İcra Hakimiyyətinin “18 may-18 iyun-İnsan Hüquqları Aylığı” ilə bağlı tərtib edilmiş tədbirlər planına əsasən, rayon İcra Hakimiyyəti və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Goranboy rayon Uşaq və Ailələrə Dəstək mərkəzində “Bərabərlik hüququ və ayrıseçkiliyə qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Səbuhi Məhərrəmov, Ombudsman Gəncə Regional Mərkəzinin rəhbəri Səbulhi Abbasov, Uşaq və Ailələrə Dəstək mərkəzinin və digər aidiyyəti təşkilatların əməkdaşları iştirak etdilər.