Goranboyda başçı və deputat Şəhidin qırx mərasimində iştirak etdilər
15 iyul 2024 | 14:37
Goranboy rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov rayonun Veyisli kəndindən, Birinci Qarabağ Müharibəsində itkin düşmüş, şəxsiyyəti sonradan müəyyənləşdirilərək 06 iyun 2024-cü il tarixdə rayonun Rəhimli kənd qəbirstanlığında dəfn edilmiş 1970-ci il təvəllüdlü şəhid Novruzov Niyaz İlyas oğlunun qırx mərasimində iştirak etdilər.