Goranboyda baramanın saxlanma və inkişaf vəziyyəti qənaətbəxşdir
19 may 2025 | 14:06
Goranboy rayonunda "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur. Cari ildə rayonda kümçülərə paylanmış ipəkqurdu toxumu artıq özünün 3-cü inkişaf mərhələsindədir. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, Goranlı kəndində baramanın saxlanılma vəziyyəti ilə yerində tanış oldu.








