Goranboyda baramanın saxlanma və inkişaf vəziyyəti qənaətbəxşdir.
17 may 2022 | 11:58
Goranboy rayonunda "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur. Cari ildə rayonda kümçülərə paylanmış 142 qutu ipəkqurdu toxumu artıq özünün 3-cü inkişaf mərhələsindədir. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları aidiyyəti mütəxəssislərlə birgə baramanın saxlanma və inkişaf vəziyyəti ilə yerində tanış oldular.