Goranboyda baramadan yüksək nəticə gözlənilir
30 may 2025 | 10:45
Goranboy rayonunda "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur. Cari ildə rayonda kümçülərə paylanmış ipəkqurdu toxumu artıq özünün son inkişaf mərhələsindədir. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, Gülməmmədli kəndində baramanın saxlanılması vəziyyəti ilə yerində tanış oldu.