Goranboyda baramaçılığın inkişafı istiqamətində görülən işlər nəzarətdə saxlanılır
04 iyun 2026 | 10:56
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birlikdə Xanqərvənd kəndində kümçülük təsərrüfatlarında barama istehsalının gedişi ilə yerində tanış oldu. Rayon rəhbəri ipəkqurdlarının bəslənməsi və saxlanılması vəziyyəti ilə maraqlanaraq mövcud şəraitlə yaxından tanış oldu. İcra başçısı qeyd etdi ki, rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər kənd yerlərində məşğulluğun artırılmasına, əhalinin gəlir imkanlarının genişlənməsinə və kənd təsərrüfatının ənənəvi sahələrinin daha da inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.








