Goranboyda baramaçılığın daha geniş miqyasda inkişaf etdirilməsi diqqət mərkəzindədir
21 may 2025 | 16:32
Goranboy rayonunda "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur. Cari ildə rayonda kümçülərə paylanmış ipəkqurdu toxumu artıq özünün 4-cü inkişaf mərhələsindədir. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov Goranboyda baramanın saxlanılması vəziyyəti ilə yerində tanış oldular, baramaçılığın daha geniş miqyasda inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıldı, müvafiq tövsiyələr verildi.








