Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda BaharFest və İlaxır çərşənbə-Novruz şənliyi bayram tədbirləri keçirildi

18 mart 2026 | 11:12

Gənclər və İdman Nazrliyi, Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Goranboy 2026-Gənclər Paytaxtı” və “Novruz Bayramı”  ümumrayon tədbirləri çərçivəsində, Goranboy şəhər Heydər Əliyev Parkında BaharFest və Novruz şənliyi tədbirləri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın bir çox bölgələrindən gələn fəal gənclər iştirak etdilər. Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Tədbirdə  gənclər düşərgələrinə baxış keçirildi, tanınmış incəsənət ustalarının və rayonumuzun mədəniyyət işçilərinin  ifasında musiqi proqramı, folklor nümunələri, müxtəlif idman növləri üzrə göstəricilər, rəsm və əl işlərindən ibarət sərgilər, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən  səhnələr nümayiş etdirildi, bayram tonqalı yandırıldı. Tədbirin sonunda atəşfəşanlıq təşkil olundu.

Keçidlər