Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Azərbaycanın Milli Qəhrəmanı Şəhid Ənvər Fərəcovun doğum günü qeyd edildi.

19 sentyabr 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyəti rayon Təhsil şöbəsi ilə birgə, Azərbaycanın Milli Qəhrəmanı, 1-ci Qarabağ müharibəsi Şəhidi  Ənvər Səyyad oğlu Fərəcovun doğum günü ilə bağlı, onun adını daşıyan Sarov kənd tam orta məktəbində tədbir keçirdi. Tədbirdə rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon Təhsil şöbəsinin rəhbərliyi, Şəhidin ailə üzvləri, Sarov kənd tam orta məktəbinin  müəllim və şagird kollektivindən bir qrupu iştirak etdilər. Tədbirdə Şəhid Milli Qəhrəmanın xatirəsi anıldı, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

 

Keçidlər