Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Azərbaycan xalqının xilaskarı” mövusunda elmi-praktik konfrans keçirildi.

13 iyun 2022 | 14:32

Goranboyda “15 İyun – Milli Qurtuluş Günü”  ilə bağlı keçirilən ümumrayon tədbirləri çərçivəsində, rayonun Heydər Əliyev Mərkəzində  “Azərbaycan xalqının xilaskarı” mövusunda elmi-praktik konfrans keçirildi. Konfransda rayon İcra Hakimiyyəti Başçısının birinci müavini və digər məsul əməkdaşları, YAP rayon fəalları, rayonda xidmət göstərən dövlət və ictimai təşkilatların rəhbərləri, ziyalılar və gənclər iştirak etdilər. Tədbirdə Müstəqil Azərbaycan Respublikasının qurucusu, Azərbaycan xalqının xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyevin mənalı ömür yoluna və dövlət idarəçiliyi fəaliyyətinə həsr olunmuş videoçarx izlənildi, sonra 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı çıxışlar dinlənildi.

Keçidlər