Goranboyda, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Yubiley Tədbiri keçirildi.
Goranboy şəhəri Heydər Əliyev adına Parkda təşkil olunan mədəni-kütləvi Yubiley Tədbirində, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun bütün rəhbər şəxsləri, xidmət sahələrinin və ictimai təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər, “N” saylı hərbi hissənin zabit və əsgər heyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə əsl bayram ab-havası şəraitində keçən konsert proqramı goranboylular tərəfindən böyük coşğu ilə qarşılandı. Sonadək izdihamla müşayiət olunan konsert proqramında Dahi Şəxsiyyətə həsr olunmuş şeirlər, Ümummilli Liderimizə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri ifa olundu, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr səsləndirildi. Konsert proqramının sonunda nümayiş etdirilən atəşfəşanlıq böyük maraqla izlənildi.