Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Regional idarəsinin əməkdaşlarının peşə bayramı günü qeyd edildi.

23 avqust 2023 | 16:16

1993-cü il Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün - avqustun 23-ü ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü kimi qeyd olunur.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və ictimai fəallar Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin  Regional idarəsinin əməkdaşları ilə birgə, Azərbaycanın xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşlarının peşə bayramı ilə bağlı, Ümummilli Lider Heydər Əliyevin Goranboy şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək böyük Şəxsiyyətə ehtiramlarını nümayiş etdirdilər. Sonra   Heydər Əliyev Mərkəzində Ümummilli  Lider Heydər Əliyevin  xüsusi xidmət orqanında  və dövlət idarəçiliyində fəaliyyətini özündə əks etdirən fotoguşəyə baxış keçirildi.

Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev qeyd etdi ki,  Ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və prinsipial siyasət sayəsində bu gün davamlı inkişafda olan Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində öz layiqli yerini tutur, xalqımız milli həmrəylik, rifah və sabitlik şəraitində yaşayır. Tədbirdə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin  Regional idarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi. Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər