Goranboyda “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə bağlı tədbir keçirildi
01 avqust 2026 | 10:46
Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 1 Avqust – “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirildi. Tədbir çərçivəsində Azərbaycan dilinin zənginliyini, milli-mənəvi dəyərlərimizin qorunmasında və gələcək nəsillərə ötürülməsində ana dilinin mühüm rolunu əks etdirən nəşrlərdən ibarət kitab sərgisi təşkil olundu. Sonda məktəblilər Azərbaycan dilinə həsr olunmuş çıxışlar etdilər.








