Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “avtomobil yolları işçilərinin peşə bayramı günü” ilə bağlı tədbir keçirildi.

22 fevral 2023 | 14:57

Goranboy rayonunda “avtomobil yolları işçilərinin peşə bayramı günü” ilə bağlı tədbir keçirildi. Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər, sonra tədbir RİH-nin inzibati binasının akt zalında davam etdirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı,  rayonda fəaliyyət göstərən Yol istismarı idarələrinin rəhbərləri və bir qrup əməkdaşları iştirak etdilər. Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yolları işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə  22 fevral tarixinin - avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunduğunu vurğulayan  İcra Başçısı Məhərrəm Quliyev, indi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi yol infrastrukturunun müasir standartlarla yenidən qurulduğunu,   avtomobil yolları işçilərinin ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla,  Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynadığını bildirdi. Tədbirin sonunda, peşə xidməti sahəsində fərqlənən yol işçilərinə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir. Agentliyin balansında 1532 ədəd körpü, ümumi istifadədə olan - 4 min 538 km respublika əhəmiyyətli və  13 min 217 km  yerli əhəmiyyətli olmaqla, ümumilikdə 17 min 755 km avtomobil yolu var.

 

 

Keçidlər