Goranboyda “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində tədbir keçirildi
03 iyul 2026 | 10:09
Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi tərəfindən “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində Aşıq Ələsgərin zəngin yaradıcılıq irsinin təbliği, aşıq sənətinin və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması məqsədilə tədbir keçirildi.
Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva Aşıq Ələsgər irsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamların bu irsə verilən yüksək qiymətin ifadəsi olduğunu vurğuladı.
Daha sonra “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, layihə rəhbəri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, İdarə Heyətinin üzvü Taleh Əliyev, rayon ziyalısı tarix üzrə fəlsəfə doktoru Gündüz Hacıyev və Qərbi Azərbaycan İcmasının Goranboy rayon üzrə nümayəndəsi Ürfət Həsənov çıxış edərək Aşıq Ələsgərin zəngin yaradıcılığı, eləcə də layihənin məqsəd və əhəmiyyəti barədə məlumat verib, ustad sənətkarın irsinin milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində mühüm rol oynadığı diqqətə çatdırdılar.








