Goranboyda artıq min tona yaxın pambıq yığılmışdır.
Goranboyda artıq min tona yaxın pambıq yığılmışdır.
Bu il Goranboyda pambıqçılıqda yüksək məhsuldarlıq gözlənilir. Çünki rayonda kənd təsərrüfatının digər sahələri kimi, pambıqçılıq da durmadan inkişaf etdirilir. Kənd Təsərrüfatı Nazirliyi, rayon icra hakimiyyəti Goranboyda bu vacib sahənin inkişafı üçün əlindən gələni edir, fermerlərə yaxından köməklik göstərir, onların problemləri, qayğıları ilə maraqlanırlar. Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev mütəxəssislərlə, digər təsərrüfat rəhbərləri ilə birlikdə yenidən pambıq tarlalarına baş çəkmişdir. İcra hakimiyyətinin başçısı Düzqışlaq kəndində becərilən pambıq tarlasında olmuş, fermerlərlə görüşmüş, burada aparılan məhsul yığımı ilə maraqlanmışdır. Qeyd edək ki, cari məhsul ilində rayonda 2647,3 hektar sahədə pambıq becərilmişdir. Sentyabr ayının əvvəlindən başlanan pambıq yığımı hazırda davam edir. Artıq oktyabrın 4-dək 995 ton məhsul toplanmışdır.
Hamlet QASIMOV,