Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Arıçılıq və bal məhsullarının satışı sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda dəyirmi masa keçirildi.

25 sentyabr 2024 | 11:32

Goranboy rayonunda, rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasının akt zalında, “Arıçılıq və bal məhsullarının satışı sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda dəyirmi masa keçirildi.  Tədbirdə, rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının, Dövlət Aqrar İnkişaf Mərkəzinin  və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri, arıçılıq fəaliyyəti ilə məşğul olan bir qrup fermer və sahibkarlar iştirak etdilər.

Keçidlər