Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda aqrar sahədə görülən işlər diqqət mərkəzindədir

20 iyun 2026 | 11:59

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası, aqrar sahədə görülən işlərin yerində öyrənilməsi və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Baxçakürd kəndində sahibkar Həsənov İdris Aslan oğluna məxsus təsərrüfatda oldu.
Rayon rəhbəri təsərrüfatda aparılan arpa biçini işləri ilə yerində tanış olaraq, məhsuldarlıq göstəriciləri, biçin prosesinin təşkili, texnika təminat və görülən aqrotexniki tədbirlər barədə məlumat aldı.
Məhərrəm Quliyev ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı məqsədilə həyata keçirilən islahatlar, fermer və sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyi, subsidiyalar, güzəştli kreditlər, texnika təminatı və digər stimullaşdırıcı mexanizmlər kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verdiyini bildirdi.
Sahibkar Həsənov İdris Aslan oğlu isə kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin fəaliyyətlərinin genişləndirilməsində mühüm rol oynadığını qeyd edərək, aqrar sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə etdi.

Keçidlər