Goranboyda aqrar sahə inkişaf etdirilir.
Goranboyda aqrar sahə inkişaf etdirilir.
Goranboy rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahənin inkişafının təmin edilməsi məqsədi ilə rayon İcra Hakimiyyəti tərəfindən, aidiyyəti təşkilatlarla əlaqəli iş qurulur, yerlərdə fermer və istehsalçılar üçün əlvrişli şərait yaradılır. Rayonda son dövrlərdə aqrar sektorda inkişaf etdirilən sahələrdən biri də arıçılıq təsərrüfatıdır.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Fəxralı kəndində fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Nəzdində Arıçılıq Mərkəzində mövcud şəraitlə yerində tanış oldu.
Bildiririk ki, Mərkəzdə müasir avadanlıqlarla təhciz olunmuş xüsusi labaratoriya da fəaliyyət göstərir və təsərrüfat 83 hektar ərazini əhatə etməklə, burada arıçılıqla yanaşı, taxılçılıq və bağçılıq da inkişaf etdirilir.