Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda ali məktəblərə qəbul olan məzunlarla görüş keçirildi

06 sentyabr 2025 | 10:03

"Konstitusiya və Suverenlik ili" ilə bağlı,  Goranboy Olimpiya İdman Kompleksində, ali məktəbə qəbul olan məzunlarla  görüş keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, məzunlar,  müəllimlər və valideynlər iştirak etdilər. Tədbirdə, 500-700 bal intervalında yüksək nəticə göstərmiş, ümumilikdə 79, o cümlədən 600-dən yuxarı bal toplamış 22 məzuna RİH Başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələr  təqdim edildi.

Keçidlər