Goranboyda ali məktəbə daxil olan məzunlarla görüş keçirildi.
Goranboyda, "2023-cü il-Heydər Əliyev ili" ilə bağlı ali məktəbə daxil olan məzunlarla görüş keçirildi. Tədbirdə, RİH Başçısının 1-ci müavini, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi, Goranboy və Naftalan rayonları üzrə Təhsil sektorunun müdiri, bir qrup ictimai fəal, müəllim və məzunlar iştirak etdilər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra Heydər Əliyev Mərkəzində davam etdirililən tədbirdə "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda məruzə və çıxışlar edildi. Tədbirdə, tələbə adını qazanmış 29 məzun və təhsildə fərqlənən bir qrup müəllimə RİH Başçısı Məhərrəm Quliyevin və deputat Anar Məmmədovun təbrikləri çatdırıldı, RİH Başçısının Fəxri Fərmanları və Milli Məclisin depuatı Anar Məmmədovun təşəbbüsü ilə qiymətli hədiyyələr təqdim edildi.