Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Ağsaqqallar Şurasının hesabat iclası keçirildi

03 iyul 2025 | 11:55

Hesabat iclasında, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Respublika Ağsaqqallar Şurasının sədr  müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon Ağsaqqallar  Şurasının  idarə  heyəti, ağsaqqallar, ziyalılar iştirak etdilər. Tədbir iştirakçıları öncə,  Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidəsini ziyarət  etdilər. Sonra tədbir rayon İcra Hakimiyyətinin inzibati binasının   akt  zalında  davam etdirildi. Tədbirdə  çıxış edən natiqlər, cəmiyyətimizin həssas təbəqəsinin hər bir nümayəndəsi kimi, həyatını ölkəmizin tərəqqisinə həsr edən ağsaqqallarımızın da hər zaman Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatə olunduğunu diqqətə  çatdırdılar. Bildirildi ki,  Ümummilli Lider Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqallara göstərilən diqqət və dövlət qayğısı bariz şəkildə özünü göstərir. Rayon Ağsaqqallar Şurasının hesabat məruzəsi dinlənildi və Şuranın ötən dövr ərzində olan səmərəli fəaliyyəti yüksək qiymətləndirildi.

 

Keçidlər