Goranboyda Ağsaqqallar Şurasının hesabat iclası keçirildi.
Hesabat iclasında, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon Ağsaqqallar Şurasının idarə heyəti, ağsaqqallar, ziyalılar və YAP rayon fəalları iştirak etdilər. Tədbir iştirakçıları öncə, Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasının akt zalında davam etdirildi. Tədbirdə, Ümummilli Liderimiz Heydər Əliyevin və bütün şəhidlərimizin xatirələri 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən natiqlər, cəmiyyətimizin həssas təbəqəsinin hər bir nümayəndəsi kimi, həyatını ölkəmizin tərəqqisinə həsr edən ağsaqqallarımızın da hər zaman Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdılar. Bildirildi ki, Ümummilli Lider Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqallara göstərilən diqqət və dövlət qayğısı bariz şəkildə özünü göstərir. Rayon Ağsaqqallar Şurasının hesabat məruzəsi dinlənildi və Şuranın ötən dövr ərzində olan səmərəli fəaliyyəti yüksək qiymətləndirildi.